Ukraynada Donetsk və Luqanska xüsusi status verilməsi haqqında qanun qəbul ediləcək

Ukraynada Donetsk və Luqansk vilayətlərinin xüsusi statusu haqqında qanun hazırlanır. APA TV-nin məlumatına görə, bu barədə Ukrayna prezidentinin Donetsk və Luqansk vilayətlərində münaqişənin sülh yolu ilə nizamlanması üzrə səlahiyyətli nümayəndəsi İrina Geraşenko bəyan edib.

Onun sözlərinə görə, Minskdə imzalanmış protokolda qeyd olunan qanunun və amnistiya aktının qəbulu barədə müddəalar yer alıb. Hazırda bu qanunların hazırlanması prosesi davam edir. Qanun layihələri gələn həftə parlamentdə müzakirəyə çıxarıla bilər.

Geraşenko bildirib ki, söhbət federallaşmadan getmir. O, prezident Poroşenkonun mərkəzdən asılılığı azaltma ifadəsini xatırladaraq deyib ki, xüsusi status Donbasın bəzi rayonlarına daha çox iqtisadi və humanitar hüquqların verilməsini nəzərdə tutur.
 

Səlahiyyətli nümayəndə bu qanun layihələrinin parlamentdə müzakirəsinin asan keçməyəcəyini etiraf edib. O, hakimiyyət nümayəndələrinin Donetsk və Luqanska səfər etməli olduğunu da vurğulayıb.

Müəllif | Apa.Tv
Apa.tv