Obama İŞİD liderlərini öldürməyə rəsmi göstəriş verdi

ABŞ prezidenti Barak Obama ilk dəfə olaraq İŞİD liderlərinin öldürülməsi ilə bağlı Pentaqon rəhbərliyinə rəsmi göstəriş verib. APA TV-nin məlumatına görə, bu barədə “The Washington Post”a danışan Pentaqon təmsilçiləri bildiriblər. Onların sözlərinə görə, fiziki olaraq məhv edilməli olan İŞİD rəhbərlərinin siyahısında Əbu Bəkir əl-Bağdadi gəlir. Maraqlıdır ki, ötən həftə ABŞ mətbuatı əl-Bağdadinin öldürüldüyü barədə xəbərlər verib, daha sonra onun meyitinin fotosunu yaymışdı.


Ötən həftə ABŞ prezidenti İŞİD silahlılarının yerləri məlum olsa belə, əməliyyatların məhdudlaşdırılacağını açıqlayıb. Barak Obama dünən İŞİD-ə qarşı mübarizə strategiyasını açıqlayıb və əməliyyatların Suriyaya kimi uzana biləcəyini deyib. O bildirib ki, bu əməliyyatları başlamaq üçün əmr verməyə kifayət qədər səlahiyyəti var. Obamanın bu sözləri Senatda narazılıqla qarşılanıb.

ABŞ ordusu Suriya və İraqda İŞİD hədəflərinin vurulması üçün hərbi planlar üzərində çalışır. Planlara hədəflərin Bəsrə Körfəzindəki ABŞ gəmilərindən atılacaq “Tomahavk” raketləri ilə vurulması da daxildir. Bundan başqa hədəfləri vurmaq üçün pilotsuz təyyarələrdən də istifadə olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv