Bakıda şimal küləyi güclənəcək

Sentyabrın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək və güclənəcək.

 

Havanın temperaturunun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında da sentyabrın 13-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı  gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv