Ədliyyə naziri Fikrət Məmmədov Astarada qəbul keçirib

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov sentyabrın 12-də Astara şəhərində vətəndaşları qəbul edib. Görüşdə Astara, Lerik və Lənkəran rayonlarından olan şəxslər də iştirak edib. APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı nazir ədliyyə orqanlarının, eləcə də notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün tabeliyində olan məsul işçilərə tapşırıqlar verib. Qəbul zamanı vətəndaşları  narahat edən məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlərin isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib. Eyni zamanda ədliyyə və məhkəmə orqanlarının fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər qeydiyyata alınıb və onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

 

Müəllif | Apa.Tv