Şəkidə media nümayəndələrinin konfransı keçirilib

Mətbuat Şurasının təşəbbüsü ilə Şəkidə «Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində" adlı konfrans keçirilib. APA TV-nin məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə ölkə həyatında mühüm hadisə kimi yadda qalıb. Eyni zamanda bölgədə fəaliyyət göstərən jurnalistlərin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə yanaşması mühüm əhəmiyyət daşımaqdadır.

“Bu tədbirə Qəbələ, Qax, Zaqatala, Oğuz, Balakən və digər rayonlardan nümayəndələr gəliblər. Yerli jurnalistlərin təkliflərini öyrənirik. Azərbaycan Mətbuat Şurası yerli jurnalistlərin də fikirlərini öyrənib, yaxın günlərdə hazırlayacağı təkliflərə daxil edəcək”.

Toplantıda həmçinin bildirilib ki, media milli maraqları nəzərə almalı və ona söykənməlidir.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov