Bu il region məktəblərindən 882 abituriyent 600-dən çox bal toplayıb

"600 və daha yüksək bal toplayan abituriyentlərin sırasında regionlarda fəaliyyət göstərən məktəblərin məzunlarının sayı bu il 882 nəfər təşkil edib. 100 minə yaxın abituriyentin iştirak etdiyi qəbul imtahanlarında 1727 nəfər gənc yüksək nəticə göstərərək 600 və daha çox bal toplayıb. Füzuli rayonunun “Qayıdış” qəsəbəsindəki tam orta məktəbin 361 məzunu bu il tələbə adını qazanıb” Bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Bahar Muradova Milli Məclisin vitse-spikeri: "Ümumilikdə götürdükdə 2014-2015 tədris ilində Füzuli rayonundan 986 məzun ali məktəblərə daxil olmaq üçün sənəd verib, onlardan 361 gənc bu il tələbə adına layiq görülüb. Bir neçə il öncə Füzuli rayonundan tələbə adını qazanmış gənclərin sayı demək olar ki, çox az idi. Bu bizi narahat edirdi”.

Bahar Muradova Prezident təqaüdünə layiq görülən Füzuli rayonunun "Qayıdış" qəsəbəsindən olan gənclərə hədiyyələr təqdim edib.
 

 

Müəllif | Apa.Tv
Apa.tv