Şəms Təbrizinin platonik eşqi - KONYADAN REPORTAJ

İllər keçmiş, Cəlallədinin adı dillərdə əzbər olmuşdu. İslamı dərindən bilən alimin yüzlərcə tələbəsi, minlərcə sevəni var idi. Onu hər kəs dərin bir bilgili, hörmətli din adamı kimi tanıyırdı...

 

Tarix 1244-cü il noyabr ayı, Səlcuqlar sarayı...

Həmin il haradan gəldiyi bilməyən bir insan Konyada görünəcək. Cəlallədin Ruminin həyatını dəyişdirərərk, onu Mövlanə edəcəkdi. Kim idi bu insan?

 

Həyatı başdan-başa müəmmalar və qəribəliklərlə dolu olub. Dərvişanə həyat tərzi, Mövlanə ilə tarixi görüşü, edilən sui-qəsdlər hər zaman maraq dairəsində saxlayıb Şəms Təbrizini. Onun həyat tərzi ilə bağlı məlumatlar kifayət qədər olmayıb. Ümumiyyətlə, Şəmsin azərbaycanlı olmasına baxmayaraq, Azərbaycandilli mənbələrdə onun haqqında məlumat demək olar ki, yox dərəcəsindədir. Şəmsin həyatı haqqında əsas məlumatlara isə türkdilli mənbələrdə rast gəlmək mümkündür.  

 

Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Təbrizdə 1185-ci ildə dünyaya gələn Şəmsəddin Təbrizi hələ uşaqlıq illərindən valideynlərini və ətrafdakı insanları öz qəribə davranışları ilə təəccübləndirərdi. Hələ gənc yaşlarından daim özünü axtaran və axtarışda olan Şəms dərvişliyi seçir. Şəmsin Konyaya da bu səbəbdən gəldiyi deyilir.


1244-cü ildə Konyaya gələn Şəms Təbrizi Cəlallədin Rumi ilə görüşür. Görüş "İki dənizin qovuşması" adlanır. Elə Mövlanə Cəlallədin Ruminin həyatında mühüm dəyişiklik də bundan sonra başlayır.

 

Görüş zamanı iki dahi arasında kiçik bir dialoq olur. Hər şey bundan sonra başlayır. 

— Sizə bir suаlım vаr: Həzrət Muhəmməd (s) böyükdür, yохsа Bəyаzid Bistаmi?

— Bu nеcə suаldır? Əlbəttə Həzrət Muhəmməd (s) böyükdür: Həzrət Muhəmmədlə (s) Bəyаzidi müqаyisə еtmək оlаrmı? Bütün аləm və Bəyаzid оnun hörmətinə yаrаdılıb.

— Yахşı, bəs nə üçün Həzrət Muhəmməd (s) “Yа Rəbb! Biz Səni lаyiqi ilə tаnıyа bilmədik” dеdiyi hаldа, Bəyаzid Bistаmi “Mənim şаnım nə ucаdır!” dеyib?

“Bəyаzidin qəlbi о qədər gеniş оlmаdığı üçün ilаhi fеyzlərə dözməyib təcəlli ilə dоlub-dаşdı. Həzrət Muhəmmədin (s) mübаrək qəlbi isə еlə bir dəryа idi ki, оnа nə qədər mərifət, İlаhi еşq təcəlli еtsə də, оnu öz içinə аlаr, əhаtə еdərdi; həttа dаhа çох istəyib “Yа Rəbb! Vеrdiyin bu nеmətləri dаhа dа аrtır” dеyərmiş.


Mövlanənin həyatını araşdıran amerikalı araşdırmaçı, professor Alan Qodlas deyir ki, Mövlanə Şəmsə qədər yanmağa hazır, qığılcımını gözləyən varlıq idi, Şəms isə onu yandıran qığılcım oldu.

 

Mövlanə elm mərhələsindən eşq mərhələsinə, alimlik mərtəbəsindən aşiqlik mərtəbəsinə ucaldı. "İnsanı bütün qorxulardan yalnız etiqad və eşq azad edər" - dedi Şəms Mövlanəyə. Odur ki, Mövlanəni sevənlər mütləq Şəms Təbrizini də yad edirlər.

 

Şəmslə dostlaşdıqdan sonra Mövlana əvvəlki həyatına son qoyur. Bu, bərabərlik Mövlanənin digər dostları tərəfindən qısqanclıqla qarşılanır. Onlar düşünürdü ki, Şəms Konyaqan gedərsə, Mövlanə yenidən onların yanına qayıdar. Haqlarında yayılan dedi-qodulara görə, Şəms daha Konyada qаlа bilməyəcəyini başa düşür və 1246-cı ildə gözlənilmədən şəhəri tərk еdir. Bu ayrılıqdan dərin iztiraba düşən Mövlanə səssizliyə çəkilərək, dostuna şeirlər həsr edir. Onu bu vəziyyətdə görənlər Şəmsi yenidən Konyaya qaytarırlar. Ancaq Şəmsin yenidən Konyaya gəlməsi, başına daha çox faciələr açır. O, Mövlanın övladlığı Kimya xatunla evlənir. Ancaq Mövlanın oğlunun da Kimyada gözü var idi. Rumininin dəyişməyini qəbul etməyən insanlar Şəmsə qarşı çirkin niyyətlərini daha tez gerçəkləşdirdilər.

 

1247-ci ilin dekabr axşamlarının birində Şəmslə Mövlanə adəti üzrə söhbət edirdi. Həmin vaxt naməlum bir şəxs Şəmsi çağırır. Şəms vəziyyətin nə yerdə olduğunu anlayır, amma еvdən çıхır. Sоnrа bayırdan möhkəm bir “Аllаh” sədаsı еşidilir. Mövlanə bunu eşidib qapıya qaçır. Qаpını аçdıqda оrаdа hеç kəsi görmür. Yаlnız bir nеçə dаmlа qаn ləkəsi görünür yеrdə. Heç Şəmsin cəsədi də orda gözə dəymir. Оndаn sоnrа bir də Şəmsin izi tаpılmır...

Mövlanə bu hadisədən çox sarsılır. Şəmsi çох ахtаrır, onu tаpmаq üçün iki dəfə Şаm şəhərinə gеdir, iki il оnu ахtаrır. Amma tapa bilmir. Şəmsin ölümünü Mövlanədən gizlətdikləri üçün o dövrün alimlərinin, yazarlarının heç bir əsərində bu faciə ilə bağlı heç nə yazılmayıb. Şəms əvvəllər başqa yerdə dəfn olunsa da, sonradan Mövlanə muzeyindən bir neçə yüz metr aralıya köçürülərək, türbədə torpağa tapşırılır.


 

Şəmsin yoxluğundan heyfsilənən tələbələri təsəlli üçün onun söhbətlərini yığıb kitab halına salaraq, “Məqalat” adı altında toplayırlar.

İlahiyyatçı alim Nurlan MəmmədzadəAPA TV-yə deyib ki, Şəms və Mövlanə hər ikisi İslam dünyasında dahi şəxsiyyət olaraq tanınıb: "Mövlana Cəlallədin Rumi Həzrətləri deyir ki, Şəms mənə belə öyrətdi:"Əgər yer üzündə üşüyən bir mömin varsa, isinməyə haqqın yoxdur". Bu gün dünyanın bu düstura, bu ruhaniyyətə, bu həssaslığa ehtiyacı var. Bu gün Suriya, Fələstin, İraqda müsaəlmanların, İslam hümmətinin çəkdiyi bəlaları hər bir insan hümmətinin çəkməsi lazımdır. Bugünki əsrimiz Mövlananın "gəl, kim olursan ol, gəl" deyiminə möhtacdır".

 

Şəms Təbrizi, Mövlanə deyəndə həm də səmazənlik yada düşür . Türkiyənin folklorunda məşhur olan və ölkəni bütün dünyada tanıtdıran "Rumi rəqsi", yəni səmazənliyə Avropada "fırlanan dərviş"deyirlər. Saatlarla fırlanan rəqqasın əslində həmin dönüşü hiss etməmələri dünyanı təəccüb içində qoyur. Bunu hiss etməmək üçün məcazi mənada musiqiyə daxil olmaq lazımdır. Səmazənlər də özlərini musiqiyə və daxili enerjiyə təslim etməyi bacarırlar. Səmazən çuxasını çıxarmaqla mənən əbədi aləmə, həqiqətə daxil olur, orada yer tutur. Başındakı papağı - nəfsinin məzar daşı, əynindəki geyimi nəfsinin kəfənidir. Qollarını çarpazlaşdıraraq görünüşdə bir rəqəmini təmsil edən, bununla da Allahın təkliyini təsdiq edən Səmazənin daha sonra qolları açıq, sağ əli dua edirmiş kimi göylərə, haqq gözü ilə baxdığı sol əli isə yerə yönəlir. Sağdan sola dönərək bütün insanları, yaradılmışları qəlbi ilə sevgi və məhəbbətlə qucaqlamasıdır.

Hər iki alimin əsərlərində insanlıq sevgisi var. Onlar 800 illik bir sevgi ilə dünyanı barışlığa, dostluğa, sevgiyə çağırır. Bütün zamanların müzakirəsiz əsərləri ilə yalnız bir şey söyləyirlər: "Hər kəsi sevmək mümkündür, dinindən, dilindən, irqindən aslı olmayaraq, hər kəsi..."

 

Müəllif | Apa.Tv