İŞİD Əsədin 250 əsirini belə güllələdi – DƏHŞƏT GÖRÜNTÜLƏRİ

Sosial şəbəkələrdə İŞİD terror təşkilatının qəddarlığını əks etdirən yeni görüntülər yayımlanıb. APA TV-nin məlumatına görə, görüntülərdə İŞİD terrorçularının çoxlu sayda gənci güllələdiyi səhnələr yer alıb. Terrorçular “Allahu əkbər” qışqıraraq əlləri bağlanmış, ağzı üstə uzadılmış əsgərləri güllələyirlər. Güllələnən əsgərlər Tabka hava limanında əsir götürülmüş hərbçilərdir. Hazırda bu hava limanı terrorçuların nəzarətindədir. İŞİD terrorçuları 250-dək əsgəri güllələyib, onların öldürülməsi kadrlarını internetdə yayımlayıblar.

 

Qeyd edək ki, bundan əvvəl də terrorçulara bağlı saytlar bir neçə dəfə belə görüntülər yayımlayıblar. 

Müəllif | Apa.Tv
Apa.tv