Azərbaycan prezidenti Malayziya baş nazirini qəbul edib

Azərbaycana rəsmi səfərə gələn Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın sentyabrın 12-də rəsmi qarşılanma mərasimi olub.

Mərasimdən sonra prezident İlham Əliyevin və  Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunubu. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.

 

Görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti və Malayziyanın baş nazirinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev bildirib ki,  Malayziya Azərbaycan üçün yaxın dost və tərəfdaşdır. "Əminəm ki, bu səfər əlaqələrimizə yeni təkan verəcək və biz siyasi, iqtisadi əlaqələrimizi gücləndirəcəyik. Biz xalqlarımız arasında əlaqələrin dərinləşməsi üzərində çalışacağıq. Əməkdaşlığımızın gündəliyi genişdir və bir çox sahələri əhatə edir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq. Nümayəndə heyətlərinin üzvləri də ikitərəfli əlaqələrin mühüm məsələləri - siyasi, enerji təhlükəsizliyi və regional təhlükəsizlik ilə bağlı müzakirələr aparacaqlar. Buna görə də ümidvaram ki, biz fəal dialoq və dostluğumuzu davam etdirəcəyik" - deyə Azərbaycan prezidenti bildirib.

 

Daha sonra Azərbaycan və Malayziya arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Azərbaycan və Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannaməni prezident İlham Əliyev və Malayziyanın baş naziri imzalayıblar. Azərbaycan prezidenti və Malayziyanın baş naziri mətbuata birgə bəyanatlarla çıxış ediblər. 

Müəllif | Apa.Tv