ABŞ-da 3 məktəblinin qatili həbxsanadan qaçıb
ABŞ-ın Ohayo ştatında üç məktəblinin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilən cinəyətkar həbsxanadan qaçdıqdan bir müddət sonra yaxalanıb. APA TV-nin məlumatına görə, Tomas Tidjey Leyn həbsxanadan iki başqa məhbusla birlikdə qaçıb. Qaçan cinayətkarlardan biri dərhal tutulub, Leyni isə altı saat sonra saxlanılıb.
Hazırda 19 yaşı olan Leyn yeniyetmə olarkən qanlı cinayətə əl atıb. O, 2012-ci il fevralın 27-də o vaxt təhsil aldığı məktəbim yeməkxanasında atəş açaraq, üç nəfəri öldürüb, iki nəfəri isə yaralamışdı. Leyn ömürlük həbsə məhkum edilib. Leyn hökmün elan edilməsindən sonra məhkəmədə köynəyinin qabağını açaraq, üzərində “KİLLER” yazılan futbolkanı həlak olanların qohumlarına göstərmişdi. Həmin köynəyin eynisi cinayət törədilən vaxt onun əynində olub.