Türkiyə və ABŞ İŞİD-ə qarşı birgə mübarizə aparacaq
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın dövlət katibi Con Kerri Yaxın Şərqdə terrorizmə qarşı mübarizəni davam etdirəcəklərini bildiriblər. APA TV-nin məlumatına görə, Ankaraya səfərə gələn Con Kerri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Göruşlər qapalı rejimdə keçirilib. Bir sıra məlumatlara görə, görüşlərdə tərəflər Türkiyənin “İslam Dövləti” qruplaşmasına qarşı əməliyyatda mümkün iştirakını müzakirə ediblər.