Bakıda naməlum kişi meyiti tapılıb

Bakının Xətai rayonunda, Ali Məhkəmənin qarşısında bədənində deşici və kəsici xəsarətlər olmayan kişi meyiti aşkarlanıb. APA TV-nin xəbərinə görə, hadisə yerinə dərhal Xətai rayon Pİ-nin 37-ci polis bölməsinin əməkdaşları və  təcili yardım briqadası gəlib. Həkimlərin verdiyi məlumata görə, təxminən 65-70 yaşında olan naməlum kişinin  yüksək təzyiqdən öldüyü ehtimal olunur. Mərhumun şəxsiyyəti müəyyənləşdirilir.

Müəllif | Apa.Tv