AMAY ticarət mərkəzində yanğın baş verib
AMAY ticarət mərkəzində yanğın baş verib. APA TV-nin məlumatına görə, yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində yerləşən ofisdə baş verib. Hadisə zamanı işçilər dərhal ofisdən çıxarılıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, Təcili Tibbi yardım maşınları cəlb olunub.
Yanğın 2 saylı ASAN xidmətin yerləşdiyi binada baş verdiyindən təhlükəsizliyi təmin etmək üçün əməkdaşlar ofisdən çıxarılıb, xidmətdə iş bir günlük dayandırılıb.
Yanğının başvermə səbəbləri araşdırılır.