Azərbaycanda magistral yolda körpü təmirə dayanıb

Ələt-Astara magistralının Lənkəran rayonunun Qumbaşı kəndindən keçən körpü təmirə dayanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, sonuncu dəfə 1955-ci ildə əsaslı təmir olunan körpünün dayaq və tavan hissələrində yaranan qəza vəziyyəti onun yenidən təmir olunmasına səbəb olub.

 

Körpünün qəzalı vəziyyətə düşməsinin bir səbəbi də üstündən ağırtonnajlı yük maşınlarının intensiv keçməsidir. Hazırda sözügedən yolla nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb və sürücülrə indi alternativ yol kimi Lənkəran-Boradigah və Boradigah-Masallı şosesindən istifadə edir.

Təmir işlərinin bir həftəyə başa çatdırılması nəzərdə tutulub.

 

Müəllif | Apa.Tv