AŞPA prezidenti Azərbaycana gələcək

Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör sentyabrın 21-də Azərbaycana rəsmi səfər edəcək. APA-nın AŞPA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər sentyabrın 25-dək davam edəcək. Səfərin proqramı hələlik açıqlanmayıb. 

 

Qeyd edək ki, A. Brassör bu ilin may ayında AŞPA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında iştirak edib. Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.

 

Müəllif | Apa.Tv
Apa.tv