Bakıda telefon terrorçuluğu!
Ötən axşam Bakıda yaşayış evində bomba həyəcanı yaşanıb. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində, Səttar Bəhlulzadə küçəsində baş verib.
Həmin küçədəki 31 saylı yaşayış evinə naməlum telefon zəngi daxil olub. Zəng vuran şəxs ev sahiblərinə xəbərdarlıq edib ki, evdə partlayıcı var. Ev sahibi Novruz Əhmədov hadisənin təfərrüatlarını belə açıqlayıb: "Saat 7-yə 5 dəqiqə qalmış ev telefonuna zəng eləyiblər. Qızım götürüb telefonu, deyiblər ki, evdə bomba var, evdən çıxın. Mən də ona görə polisə müraciət elədim".
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, polis əməkdaşları cəlb edilib. Xüsusi təlim görmüş itlərlə mənzildə axtarış aparılsa da, evə partlayıcı qoyulması barədə məlumat təsdiqini tapmayıb.
"Fövqəladə Hallar Nazirliyindən gəldilər, axtarış apardılar. Amma heç nə tapmadılar".
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları ev sakinlərinin ifadələrini alıblar. Mənzilə bomba qoyulması ilə bağlı yalan məlumatı verən şəxsin axtarışlarına başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.