İŞİD daha bir britaniyalı girovu edam etdi

İraqda "İraq Şam İslam Dövləti" qruplaşmasının üzvləri daha bir girovu - Britaniya vətəndaşı Devid Heynsi edam ediblər. APA TV-nin məlumatına görə, edam görüntüləri "Amerikanın müttəfiqlərinə göndəriş" adı ilə internetdə yerləşdirilib. Britaniya hökuməti videonun həqiqiliyini təsdiqləyib.

Böyük Britaniyanın baş naziri Devid Kemeron Devid Heynsin ailəsinə başsağlığı verib və bəyan edib ki, qatillər mütləq cəzalandırılacaq: "Biz bu təhlükəyə qarşı müqavimət göstərməliyik. Son nəticədə İŞİD məhv edilməlidir. Biz bunu dsakitlşiklə, amma dəmir qətiyyətlə edəcəyik"

Baş nazir bildirib ki, britaniyalılar İŞİD-in təkcə insanları öldürmədiyini, həm də bütün Avropa üçün təhlükə olduğunu anlamalıdırlar.

Devid Heyns İŞİD tərədindən edam edilən sayca üçüncü əcnəbidir. Terrorçular xəbərdarlıq ediblər ki, daha bir britaniyalı girovu - Alan Henninqi də edam etməyə hazırlaşırlar.

Devid Heynsin 44 yaşı var idi. O, ötən il Fransanın qeyri-hökumət təşkilatında çalışarkən Suriyada girov götürülmüşdü.

Müəllif | Apa.Tv
Apa.tv