İŞİD-in atdığı top mərmiləri Türkiyəyə düşdü

Suriyanın Türkiyə ilə sərhəddəki Qamışlı bölgəsində Kürdüstan Xalq Tuğayları Ordusu və İraq Şam İslam Dövləti qruplaşmaları arasında silahlı toqquşmalar davam edir. İŞİD silahlılarının atdığı top mərmilərindən ikisi Türkiyənin Mardin vilayətinin Nusaybin qəsəbəsinə düşüb.

 

Mərmilərdən biri "İpək yolu" beynəlxalq avtomobil magistralına, digəri isə boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, baş verənlər yerli sakinlər arasında təşvişə səbəb olub.

 

Hadisədən sonra təhlükəsizlik qüvvələri mərmilərin düşdüyü ərazidə araşdırmalara başlayıb.

 

Yerli əhaliyə sərhədə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Müəllif | Apa.Tv
Apa.tv