Mövqelərimiz atəşə tutulub
Erməni silahlı bölmələri bu gecə Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.