Bakıdakı 80 saylı orta məktəbdə "Bilik günü" qeyd olunub

Bu gün Azərbaycanda Bilik Günüdür. "Bilik günü" ənənəvi olaraq, Sabunçu rayonundakı 80 saylı tam orta məktəbdə də qeyd olunub.

 

APA TV-nin xəbərinə görə, məktəbin direktoru Əlislam Abbasquliyev "Bilik günü" münasibəti ilə şagirdləri, pedaqoji kollektivi, valideynləri təbrik edib, keçən tədris ilində məktəbin qazandığı uğurlar barədə məlumat verib. Onun sözlərinə görə, ötən dərs ili ərəfəsində əsaslı təmir olunmuş məktəbdə müasir təhsil üçün hər cür şərait yaradılıb: "Hazırda 47 sinif var. Burada 1280 nəfər təhsil alır. Məktəb müasir standartlara uyğun təmir olunub. Bu gün ilk dərsə vətənpərvərlik mövzusuna həsr olunub".

 

Şagirdlərin arasında “İlk zəng”ə sevinənlər də olub, valideynlərindən ayrılmaq istəməyənlər də.
"Birincilər" vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

 

Tədbirəd Sabunçu RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri də qatılıb.

 

Tədbir "İlk zəng”in sədaları ilə başa çatıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı