Ağcabədidə 3 avtomobil toqquşub, 4 nəfər ölüb, 6 nəfər yaralanıb

Ağcabədi rayonda 4 nəfərin ölümü, 6 nəfərin yaralanmasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Qaravəlli kəndində qeydə alınıb. BMW, “Mercedes” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu, "Daewoo"-nun sürücüsü Ağamalıyev Nəbi Məhəmməd oğlu, sərnişinlər - 1983-cü il təvəllüdlü Alıyeva Naibə Əli qızı, 2007-ci il təvəllüdlü Alıyev Fəqan Kənan oğlu hadisə yerində ölülər.

 

Digər 6 nəfər - 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu, 2005-ci il təvəllüdlü Alıyeva Fərqanə Kənan qızı, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızı, 1997-ci il təvəllüdlü Ağamalıyev Nəbi oğlu, 1969-cu il təvəllüdlü Quliyeva Arifə Yunis qızı və İsrafilova Səbinə Əzim qızı müxtəlif bədən xəsarətləriylə Ağcabədi və Bərdə Rayon Mərkəzi Xəstəxanalarına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv