"Bin Ladenin mücahid qızı" kəsilmiş başla şəkil çəkdirib paylaşdı
Suriya və İraqda qan tökməyə davam edən İŞİD terrorçuları sosial mediada qorxunc fotoları yaymaqda davam edir. "Milliyet"in xəbərinə görə, bu dəfə İngiltərədən olduğu iddia olunan qadın dünyanı sarsıdıb. "Bin Ladenin mücahid qızı" ləqəbli qadın əlində kəsilmiş baş tutaraq çəkdirdiyi fotosunu paylaşıb. Fotodan göründüyü kimi 21 yaşlı qadın həkim paltarı geyinib, ətrafda isə 2 az yaşlı uşaq kəsilmiş başa baxır. Qadının "twitter" səhifəsində həkim olduğu qeyd olunur. Fotonun altında isə "Xəyalımdakı peşə terrorçu bir həkim olmaqdı" yazılıb. Özünü Usame bin Ladenin mücahid qızı kimi təqdim edən qadının 11 sentyabrın ildönümündə "O zaman 8 yaşındaydım, amma, hər şeyi bugünkü kimi xatırlayıram. Bu da tiranlara dərs olsun" yazdığı bildirilir.