Abşeronda kütləvi dava: 2 yaralı

Abşeron rayonu ərazisində kütləvi dava olub. APA TV-nin xəbərinə görə, buna qonşulardan birinin yüksək səslə televizora baxması səbəb olub. Saxlanılan şəxslərdən Emil  Orucov deyib ki, qonşularından televizorun səsini azaltmasını istəyib. Ona sözünü bitirməyə imkan verməyiblər. Həmin vaxt küt alətlə başından zərbə alıb və yerə yıxılıb. Emil Orucovun sözlərinə görə, dalaşdığı qonşuları ona  deyiblər ki, bəyənmirsə, getsin, başqa yerdə kirayə ev tutsun. Bundan qzəblənən Emil onunla birgə kirayədə qalan dostlarını köməyə çağırıb. Nəticədə iki tərəf söhbəti bitirmək üçün kirayədə qaldıqları Müşfiqabad  qəsəbəsindən kənarda görüşüblər. Biraraya gələn 5 nəfərin mübahisəsi tezliklə əlbəyaxa davaya çevrilib. Onlardan Ülvü Allayarov bıcaqlanıb, Fərrux Qasımov küt alətlə xəsarət alıb.

 

Faktla bağlı 3 nəfər saxlanılıb, araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv