Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Şəki-Qax yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1979-cu il təvəllüdlü Elməddin Abakər oğlu Qacayev idarə etdiyi “Mercedes-VİTO” markalı  mikroavtobusla  yolu keçmək istəyən piyada Aşağı Göynük kənd sakini Faiq Hüseyn oğlu Tahirovu vurub. Faiq Tahirov aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerində ölüb. Faktla bağlı Şəki Rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov