BMT Təhlükəsizlik Şurası təcili iclas keçirəcək

ABŞ "Ebola" virusu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır. APA TV-nin məluamatına görə, iclasın sentyabrın 18-də keçiriləcəyi  planlaşdırır. İclasda virusla mübarizə planının hazırlanması gözlənilir. Artıq ABŞ "Ebola" virusu ilə mübarizə metodlarını açıqlayıb.

 

Qeyd edək ki, bu iclas Təhlükəsizlik Şurasının səhiyyə sahəsi ilə bağlı tarixdə ikinci fövqəladə iclası olacaq.

 

İlk iclas 2000-ci ildə AİDS pandemiyası ilə bağlı keçirilmişdi.

 

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Ebola" virusunun 2 400 nəfərin həyatına son qoyduğunu bildirmişdi. 

 

Müəllif | Apa.Tv