Ermənilər atəşkəsi pozmaqda davam edirlər
Cəbhədə atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-ə verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şirvanlı kəndi ərazisində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.