"Qağayı" 5 nəfərin ölümünə səbəb olub

Filippindən gələn “Kalmeci” ("Qağayı") qasırğası Honkonqda həyatı iflic edib.

 

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, şəhərdə şiddətli yağış və saatda 166 kilometr sürətlə əsən külək tüğyan edir.

 

Hava şəraiti ilə əlaqədar dövlət idarələri, banklar və məktəblər bağlanıb, Honkonq fond birjasında hərraclar dayandırılıb. Beynəlxalq hava limanında onlarla uçuş ləğv edilib və yaxud təxirə salınıb.

 

Yüksək dalğalar ucbatından Makao və Çin istiqamətində  bərə yolu  bağlanıb. Bundan əvvəl, “Kalmeci” qasırğası Filippin üzərindən keçərək daşqınlar törədib, 5 adamın ölümünə səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv