Həmsədrlərin regiona səfəri başlayıb

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri başlayıb. APA TV-nin məlumatına görə, amerikalı həmsədr Ceyms Uorlik artıq Ermənistana gəlib. Onun sabah Ermənistan rəhbərliyi ilə görüşlər keçirəcəyi gözlənilir. Həmsədrlər daha sonra Azərbaycana gələcəklər. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün tarixinin dəqiqləşdirildiyini deyib və bu məqsədlə həmsədrlərin regiona səfər edəcəyini bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv