Xaçmazda 17 yaşlı oğlanın idarə etdiyi "VAZ 2107" aşıb
Xaçmazda rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Qımılqışlaq-Hacıisaoba yolunda qeydə alınıb. Xaçmaz rayonu Hacıisaoba kənd sakini, 17 yaşlı Orxan Əhmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşın idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və onun həmyaşıdı olan sərnişin Famil Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Famil Həbibov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Orxan Əhmədovun müalicəsi isə xəstəxanada davam etdirilir.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.