Hava kəskin dəyişəcək, Bakıda və rayonlarda yağış yağacaq

Bu gecədən Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, yağış yağacaq. Sentyabrın 16-dan 17-nə keçən gecədən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcək, qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən xəbərə görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19 dərəcəyə yaxın, gündüz 20-24 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir, bəzi yerlərdə leysən xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək və güclənəcək.

 

Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv