Ukrayna parlamenti Donetsk və Luqanska xüsusi status verdi!

Ukrayna Ali Radasının qapalı toplantısında Donbas regionunun bəzi rayonlarına xüsusi status verilməsi haqqında qanun layihəsi qəbul olunub. APA TV-nin məlumatına görə, parlament həmçinin amnistiya aktı haqqında qanun layihəsini dəstəkləyib. Xüsusi status haqqında qanunun lehinə 277, amnistiya aktının lehinə isə 287 deputat səs verib. “Azadlıq” və “Batkivşina” fraksiyalarının üzvləri səsvermədə iştirak etməyiblər. Donbas regionunun xüsusi statusu haqqında qanun 3 il qüvvədə olacaq. Qanun Donbas regionu rayonlarının mərkəzdən asılılığını azaltmağı, bu rayonlara nisbətən iqtisadi müstəqillik verməyi nəzərdə tutur.

Müəllif | Apa.Tv
Apa.tv