Suraxanıda bir həftə əvvəl qətlə yetirilmiş iki şəxsin meyiti tapılıb

Suraxanı rayonunda yerləşən evlərin birində iki nəfər qətlə yetirilib. APA TV-nin məlumatına görə, hadisə Əmircan qəsəbəsi, Zahid Əliyev küçəsi, 53 saylı mənzildə qeydə alınıb. Ev sahibi 44 yaşlı Bəkir Musayev və 54 yaşlı Sabir Abbasov amansızcasına qətlə yetiriliblər. Bir neçə gün mənzildən gələn kəskin qoxu qonşuları narahat edib. Onlar bu barədə Bəkir Musayevin bacısı Mənzurə Cabbarovaya məlumat veriblər. Daha sonra mənzilə daxil olan qohumlar iki şəxsin çürümüş meyitlərini aşkarlayıblar. Meyitləri görən qohumlar onların üzərində küt alət zərbələrinin olduğunu iddia edir. Qeyd edək ki, hər iki şəxs spirtli içki alüdəçisi olub. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. İlkin araşdırmalar nəticəsində hadisənin bir həftə bundan əvvəl törədildiyi ehtimal edilir. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışı davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv