İŞİD Suriyanın döyüş təyyarəsini vurdu

İŞİD terror təşkilatı Suriya ordusuna məxsus hərbi təyyarəni vurub. APA TV-nin məlumatına görə, bu barədə Əsəd rejiminə müxalif qruplaşmalar xəbər yayıblar. Rakka şəhərində vurulan təyyarə yaşayış sahəsinə düşüb. Təyyarənin düşdüyü yerdə bir neçə ev dağılıb, 8 nəfər mülki şəxs ölüb. İlkin ehtimala görə, təyyarə “Stringer” tipli silahlarla vurulub. İŞİD-ə bağlı saytlar artıq vurulmuş təyyarənin fotolarını da yayımlayıblar. Qeyd edək ki, bir ay əvvəl Tabka aeroportunu ələ keçirən İŞİD terrorçuları hava hücumundan müdafiə sisteminə yiyələniblər.

 

Müəllif | Apa.Tv
Apa.tv