Yasamalda maşında sıxılıb qalmış sürücü və qadın xilas edildi
Yasamal rayonunda “ VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək çəpərə çırpılıb. APA TV-nin məlumatına görə, maşın deformasiyaya uğradığından sürücü və sərnişinlər salondan çıxa bilməyiblər. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasında nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Sürücü və sərnişin qadın avtomobildən çıxarılıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmağa müvəffəq olublar.