Tovuz sakinini qatar vurdu
Tovuz rayonunun Qovlar şəhərində 29 yaşlı gənci qatar vurub. Tovuz rayon Mərkəzi Xəstəxanasından APA TV-nin Qərb bürosuna verilən məlumata görə, 1985-ci il şəhər sakini təvəllüdlü Babək Hüseynovu sərxoş vəziyyətdə dəmir yolu xəttini keçərkən qatar vurub.
Ağır bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu və sol əlindən 4 barmağını amputasiya ediblər. Hazırda Tovuz Mərkəzi Rayon Xəstəxanasında müalicə alan zərərçəkənin səhhətini həkimlər kafi qiymətləndirir.