Cəlilabadda "Mercedes"lə "Jeep" toqquşdu, iki nəfər yaralandı

Cəlilabadda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 138-ci kilometrliyində, yolun Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Abışabad kənd sakini, 33 yaşlı Rauf Əliyevin idarə etdiyi “Mercedes” hərəkətdə olarkən qarşı tərəfdən gələn Cəlilabad şəhər sakini, Ramil Şirinovun idarə etdiyi “Jeep”lə toqquşub. Güclü zərbə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan hər iki sürücü Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaralılara müvafiq tibbi yardım göstərilib və hazırda vəziyyətləri stabildir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv