Göyçay sakini əmisinin evinindən 6400 manat oğurlayıb

Göyçay rayonunda oğurluq hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə rayonun Ləkçiplaq kənd sakini, 29 yaşlı Hüseynov Natiq Salam oğlu Bakı şəhərində yaşayan dostu, 28 yaşlı Əliyev Alim Malik oğlu ilə birlikdə həmin kənddə yaşayan əmisi, 53 yaşlı Hüseynov Şahin Rizvan oğlunun mənzilinə gizli yolla pəncərədən daxil olaraq, evdən 6400 manat pulu oğurlayıb. Şahin Hüseynovun hüquq-mühafizə orqanlarına müraciəti əsasında polis əməkdaşları tərəfindən oğurluq edən şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib. Evdən oğurluq edən şəxslər Bakıda tutularaq istintaqa təhvil verilib. Onlar həmin puldan 300 manatı Bakıda xərclədiklərni bildiriblər. Qalan pullar isə onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 maddələri ilə cinayət işi başlanıb.             

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov