DSMF sədri İsmayıllıda qəbul keçirib

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev sentyabrın 17-də İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində 5 rayondan olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. APA TV-nin xəbərinə görə DSMF sədrinin qəbulunda İsmayıllı, Qəbələ, Oğuz, Göyçay və Ucar rayonlarından vətəndaşlar iştirak edib.

 

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib ki, qəbulda vətəndaşlar əsasən pensiya təyinatı, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib.

 

Ümumilikdə 35-dək vətəndaşın müraciətinə baxılıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov