“Fövqəladə Hallar Qatarı” MMC-nin yeni binası istismara verilib

Bu gün “Fövqəladə Hallar Qatarı” MMC-nin yeni tikilən inzibati binası və təmir sexi istismara verilib.

“APA TV-nin xəbərinə görə, tədbirdə nəqliyyat nazirinin müavini Musa Pənahov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov və Dünya Bankının nümayəndələri iştirak ediblər.

“Əsaslı Tikinti və Texniki Nəzarət” MMC-nin rəisi Sabir Məhərrəmov məlumat verərək bildirib ki, dəmir yolunda fövqəladə və qəza hallarının aradan qaldırılmasının təmin edilməsi məqsədilə, Biləcəri stansiyasında keçmiş “Buz zavodu”nun ərazisində 1 iyun 2013-cü ildə başlanan “Fövqəladə Hallar Qatarı” MMC-nin istehsalat bazasının tikinti işləri 1 avqust 2014-cü ildə başa çatdırılıb. Tikinti işlərini “6-cı mərtəbə” müstəqil şirkəti həyata keçirib.

Ümumi ərazisi 25296 kvadrat-metr olan istehsalat bazasında inzibati bina, təmir sexi, avtomobillərin dayanacağı üçün talvar, su və çirkab su anbarları inşa edilib.
 

Müəllif | Apa.Tv