Suriyadan ABŞ-a işbirliyi təklifi

Suriya ABŞ-a maraqlı təkliflə çıxış edib. APA TV-nin xəbərinə görə, "Independent" qəzetindən Robert Fisk Suriyanın ABŞ-a məktub göndərərək "İŞİD" terrorçu qruplaşmasına qarşı birgə mübarizə təklif etdiyini bildirib.

 

Yazıda qeyd olunur ki, Obama bu təklifi rədd etmək zorundadır. Suriya parlamentinin sözçüsü Muhammed Cihad el Lahamın ABŞ-ın Təmsilçilər Məclisinə yazdığı məktubda terrorçu qruplaşmalar tərəfindən suriyalıları və amerikalıları hədəf alacaq bombalı hücumlardan xilas etmək üçün iş birliyinə çağırış var. Məktubda konstruktiv müxalifətin İŞİD-dən fərqlənmədiyi, amerikalı jurnalistin məhz həmin qüvvələr tərəfindən İŞİD-ə satıldığı qeyd olunur.

 

Bu arada ABŞ Silahlı Qüvvələr Komandanlığından verilən açıqlamada Amerika hərbi təyyarələrinin İŞİD-ə qarşı Suriya ərazisində də hava hücumlarını həyata keçirəcəyi bildirilib. Əlavə edilib ki, Əsəd rejimi hücumlara qarşılıq verəcəyi təqdirdə bu, cavabsız qalmayacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı