Masallıda yaşayış evində güclü yanğın olub
Masallı rayonunda fərdi yaşayış evində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hadisə sentyabrın 17-də rayonun Qızılavar kənd sakini, 1936-cı il təvəllüdlü Həsənağa İzzət oğlu Ağacanova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 3 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 140 kv.m olan birmərtəbəli 5 otaqlı kürsülü evin 4 otağı içindəki əşyalarla birlikdə 120 kv.m sahədə yanaraq kül olub.
Yanğının başvermə səbəbləri həyata keçirilmiş ekspertizanın rəyindən sonra bəlli olacsaq.
Faktla bağlı araşdırma aparılır.