AMEA-da ermənilərin əməllərini ifşa etmək üçün xüsusi komissiya yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasında ermənilərin əməllərini ifşa etmək üçün xüsusi komissiya yaradılacaq. APA TV-nin xəbərinə görə, bunu AMEA-nın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, ermənilər aprel ayında qondarma “erməni soyqırımı”nın 100 illiyinin keçiriləcəyi ilə bağlı məlumat yayırlar. Akademiya buna qarşı bütün imkanları səfərbər edib hazır olmalıdır.  “Müxtəlif vasitələrlə əhaliyə, başqa ölkələrin xalqlarına çatdırmalıyıq ki, XX əsrdə Azərbaycan xalqı ermənilər tərəfindən soyqırımlara məruz qalıb. Bununla bağlı yaradılacaq komissiyanın layihəsi artıq hazırdır və bu məsələyə Rəyasət Heyətində baxılıb müvafiq qərar veriləcək” - deyə AMEA prezidenti bildirib.

 

Akif Əlizadə iclasda “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı “Əsrin müqaviləsi və Azərbaycanda fundamental elmlərin inkişafı” mövzusunda məruzə ilə çıxış edib.

 

İclasda bəzi elmi-təşkilatı məsələlər müzakirə edilib.

 

Müəllif | Apa.Tv