ABŞ Afrikaya minlərlə əsgər göndərib

Ebola virusunun yayılmasının qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında xüsusi plan açıqlanacaq. APA TV-nin məlumatına görə, BMT baş katibi Pan Gi Mun bildirib ki, Qərbi Afrikada ebola virusu ilə mübarizə səylərinə birbaşa rəhbərlik edir.

 

Onun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çan Təhlükəsizlik Şurasının iclasında BMT-nin xüsusi planını açıqlayacaq.

 

Qeyd edək ki, Təhlükəsizlik Şurası ABŞ-ın hazırladığı qətnamə üzrə səsvermə keçirməlidir. ABŞ prezidenti Barak Obama səhiyyə xidmətlərinə dəstək vermək məqsədi ilə təxminən 2500 nəfərin öldüyü Qərbi Afrikaya minlərlə əsgərin göndərildiyini elan edib.

 

Müəllif | Apa.Tv