Türkiyə İŞİD-lə bağlı qərarını verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə təhlükəsizlik müşavirəsi keçirilib. APA TV-nin məlumatına görə, Çankaya köşkündə baş tutan 3 saatlıq müşavirədə əsas məsələ İŞİD-in müzakirəsi olub.

 

Toplantıda baş nazir Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Qərargah rəisi Necdət Özəl, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfkan Ala və başqaları iştirak ediblər. 

 

Başlıca müzakirə mövzusu olan İŞİD-lə bağlı qərar verilərkən bildirilirb ki, Türkiyə bölgədəki bütün terror qruplaşmalarına qarşı mübarizədə müttəfiqlərinin yürütdüyü siyasəti dəstəkləyəcək.  Beləliklə ABŞ başda olmaqla, koalisiya qüvvələri və İŞİD-ə qarşı mübarizə aparan hər ölkənin yanında olmağa qərar verilib.

 

Qeyd edək ki, Türkiyə bundan əvvəl koalisyaya qoşulmaqdan imtina etmiş, ABŞ tərəfi isə bunun hər ölkənin öz seçimi olduğunu bildirmişdi.

 

Müəllif | Apa.Tv