Türkiyədə kimyəvi zavodda güclü partlayış olub

Türkiyənin İzmit şəhərində kimyəvi tullantıların depolandığı zavodda güclü partlayış baş verib. APA TV-nin məlumatına görə, depoya kimyəvi maddə boşaldan TIR qəfil partlayıb. Hadisə nəticəsində TIR-ın sürücüsü yaralanıb. Partlayışdan sonra yanğın baş verib. Hadisə yerində yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub. İldırım adlı sürücü yaralı halda xəstəxanaya aparılıb. Yanğınsöndüərlər baş verə biləcək faciənin qarşısını almaq üçün yanğına dərhal müdaxilə ediblər. Alovun kimyəvi maddələrin depolandığı çənlərə keçməsinin qarşısı alınıb.

 

Müəllif | Apa.Tv