Silahlı Qüvvələrin irimiqyaslı təlimlərinin növbəti mərhələsi keçirilib
Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimlərin növbəti mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi yoxlanılıb.
Təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb.
Eyni zamanda o təlimə cəlb olunan hərbi texnika və silahlara baxış keçirib.
Sonda təlim poliqonunda döyüş texnikasının keçidi və aviasiyanın uçuşları həyata keçirilib.