Mövqelərimiz atəşə tutulub

Cəbhədə atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.  

Müəllif | Apa.Tv
Almaz Qasımova