Azərbaycanda xalq artistinin meyiti dayanacaqdan tapılıb

Dünən Bakıda avtobus dayanacağında dünyasını dəyişən şəxsin kimliyi müəyyənləşib.

 

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumatına görə, bu, Bakı şəhər sakini, 1948-ci il təvəllüdlü Eldar Axundov olub.

Eldar Axundov Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub. 2006-cı ildə “Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə və Silahlı Qüvvələrdə uzunmüddətli məhsuldar işinə görə” ona xalq artisti fəxri adı verilib. Mərhum müğənni prezident təqaüdçüsü idi. 

Qeyd edək ki, sentyabrın 17-də 28 may metrosunun yaxınlığında, avtobus dayanacağının qarşısında üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşında olduğu güman edilən kişi meyiti tapılıb. Mərhumun ürək tutmasından öldüyü ehtimal edilir.

Müəllif | Apa.Tv
Apa.tv