Nümayəndələr Palatası Suriya müxalifətinin silahla təchizatına icazə verdi

ABŞ Konqresinin aşağı palatası Suriyada müxalif qruplaşmaların silahla təchizatına və onlara hərbi təlim keçirilməsinə icazə verən qanun qəbul edib. APA TV-nin məlumatına görə, Nümayəndələr Palatası Suriya müxalifətinin silahla təchizatını təmin etmək üçün prezident Barak Obamaya dekabrın 11-dək məhdudiyyətsiz səlahiyyət verib. Respublikaçı Bak Makkeon tərəfindən Qanun 156-ya qarşı 273 səslə qəbul olunub. Qanuna əsasən, Barak Obama suriyalı müxaliflərə hərbi təlim keçirilməsi ilə bağlı hər hansı addım barədə Konqres üzvlərini 15 güqn əvvəldən məlumatlandırmalıdır. Bundan başqa Pentaqon hər 90 gündən bir Suriyada görülən işlərlə bağlı Konqres qarşısında hesabat verəcək. Qanun Senat tərəfindən təsdiqləndiqdən sonra qüvvəyə minəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv