Dövlət Sərhəd Xidmətinin rəisi Şəkidə qəbul keçirib

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev Şəkidə vətandaşları qəbul edib. APA TV-nin  məlumatına görə, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayon sakinləri iştirak edib. Görüşdə müraciətlər əsasən, Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul, sərhədyani yaşayış məntəqələrində sosial-məişət problemlərin həlli, mənzil şəraitinin yaxşılaşdırılması və s. məsələlərlə bağlı olub. Qəbul zamanı vətandaşların müraciətinin,  şikayət və təkliflərinin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi barədə DSX-nin aidiyyəti struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Sakinlərin müraciətlərinin bir hissəsi yerindəcə həlli tapıb, digər məsələlərin isə araşdırılması nəzarətə götürülüb. Dövlət sərhəd xidmətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyati üzrə  çatdırılmaq üçün qeydiyyata alınıb.    

Müəllif | Apa.Tv
Vüqar Heydərov